Uğur Şahin və Özlem Türeciyə Belçikada fəxri doktor ünvanı təqdim edildi

1 Aprel 2022 21:34 (UTC+04:00)

Almaniyanın "BioNTech" biotexnologiya şirkətinin qurucuları türk alimləri professor Uğur Şahin və professor Özlem Türeci yeni növ koronavirus (Covid-19) peyvəndi texnologiyasında apardıqları qabaqcıl işlərə görə Belçikanın Antvers Universitetinin fəxri doktoru adına layiq görülüblər.

Antvers Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi Şahin və Türeciyə "mRNA" texnologiyasındakı qabaqcıl işlərinə və onun əsasında milyonlarla insanın həyatını qoruyan peyvəndin hazırlanmasına görə fəxri doktorluq dərəcəsi verib.

Universitetdə keçirilən konfransla birgə keçirilən təqdimat mərasimində Brüssel səfiri Doktor Həsən Ulusoy da iştirak edib və təbriklərini çatdırıb.