Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsinin növbəti konserti baş tutub. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və bir sıra tanınmış simalar iştirak edib.
Tədbir zamanı Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı baş tutub.
“Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edəcəkdir.
Səbinə Hüseynli