Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dasilsilə layihələr həyata keçirilir. SİA xəbər verir ki, Şuşa torpağının Azərbaycan xalqına bəxş etdiyi dahi bəstəkarların ölməz əsərləri aprel ayı ərzində teatrın səhnəsində “Şuşadan dünyaya yayılan musiqi” adı altında nümayiş olunacaq.
Belə ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Ərvə arvad” “O olmasın, bu olsun” musiqili komediyaları aprel ayının 2, 16 və 23-də oynanılacaq. Fikrət Əmirovun musiqiləri ilə ərsəyə gələn “999-cu gecə” tamaşası isə 3 apreldə teatr sevərlərə təqdim olunacaq.
Tamaşalar saat 19:00-da başlayacaq.
Səhnə əsərlərinə biletləri şəhərimizin kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcədə "iticket.az" saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur. Yerlərməhduddur.