31 Mart Soyqırımı qurbanlarının xatirəsi belə anıldı - FOTOLAR

1 Aprel 2022 17:29 (UTC+04:00)

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü iləəlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sosial şəbəkə hesablarında faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan "Unutmayaq!” layihəsi çərçivəsində rejissorların hazırladığı videoçarxlar nümayiş olunub. SİA xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevolan bu layihədə 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edilir.

Qeyd edək ki, rejissor Samir Qulamovun ssenari müəllifi və quruluşunda çəkilən "Sündü” qısametrajlıbədii filmi Qobustan rayonunun Sündü və Təklə Mirzəbaba kəndlərində çəkilib. Bu filmdə söhbət konkret bir ərazidə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər göstərilir.

Rejissorlar Ər-Toğrul Kamalovun "Qətliam", AnarBabalının “31 Mart – Qanlı tarix” və Zaur Əliyevin hazırladığı videoçarxlarda da mənfur düşmənlərimizin vəhşiliyi real faktlarla vurğulanır, müasir gənclərin gözü ilə faciənin tarixi köklərinin araşdırılmasının vacibliyi diqqətə çatdırılır.