"Bu gün Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq müxtəlif sahələr üzrə davam edir: "Bildiyimiz kimi Ərdoğan Azərbaycanla peşə təhsili sahəsində əməkdaşlığa dair protokolu təsdiqləyib. Bu protokolun imzalanması ilə iki ölkə arasında həm təhsil, həm də peşə təhsili sahəsində prosesə öz töhfəsini verəcək. Azərbaycan ilə Türkiyə arasında bu əməkdaşlıq inkişaf edir. Düşünürəm ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təhsilin inkişafına öz töhfəsini verəcək".
Arzu Qurbanzadə