Zelenski Belçikaya təşəkkür etdi

1 Aprel 2022 13:47 (UTC+04:00)

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski Avropa ölkələrinin parlamentlərində çıxışını davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçika parlamentində keçirilən xüsusi iclasda çıxış edən Zelenski Belçikaya dəstəyə görə təşəkkür edib. Zelenski Ukraynanın hava məkanının uçuşlar üçün bağlanmasını və ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmasını tələb edib.

Belçika parlamentindəki çıxışında Rusiya ilə Belçika arasında almaz ticarətini vurğulayan Zelenski, “Ukraynalı döyüşçülər Avropanı parçalamaq istəyən tiranlıqla mübarizə aparır. Rus almazlarının ən qiymətlisi Antverpendə satılır. Bu limanda Rusiya gəmilərinin də gəlirləri böyükdür. Sülh almazdan daha qiymətlidir" deyib.

Ləman Əlizadə