Doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

1 Aprel 2022 12:12 (UTC+04:00)

Xaricdə doktorantura təhsili ilə bağlı 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 aprel 2022-ci il saat 23:59-dək davam edəcək.