Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş bölgələrində tədbirlər davam etdirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Mixaylovski meydanında yerləşən Kiyev şahzadəsi Olqanın heykəli də hücumlar səbəbindən mühafizə olunub. Kiyevlilər heykəlin ətrafını əvvəlcə brezentlə, sonra isə qum torbaları ilə örtüblər.
Ukraynanın bir çox bölgələrində eyni üsulla tarixi və mədəni sərvətlər münaqişə zamanı zərər görməməsi üçün qorunur.
Ləman Əlizadə