Bu tarixi bir qələbədir

1 Aprel 2022 07:40 (UTC+04:00)

"Qələbə münasibətilə xalqımızı təbrik edirəm. İdmançılarımız sözün əsl mənasında yaxşı güləşdilər. Bu tarixi bir qələbədir". Bu sözləri mətbuata açıqlamasında sərbəst güləş üzrə idmançı Hacı Əliyev bildirib. Onun sözlərinə görə, Olimpiya oyunlarından sonra çox istirahət etsə də, artıq yenidən güləşə biləcəyimin fərqinə vararaq komandaya qoşulub: "Avropa çempionatına tam hazır olmasam da, medalsız qalmadım və yaxşı nəticə göstərdim. Hər zaman qeyd etdiyim kimi əsas hədəfim Olimpiya çempionu olmaqdır. Qismət olarsa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında ölkəmizə qızıl medal gətirərəm".