Otel həyətində bıçaqlanma...

1 Aprel 2022 02:36 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən otellərin birinin həyətyanı sahəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Şeydayev Xosrov Şeyda oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bud nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Fakt araşdırılır.