Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

1 Aprel 2022 00:11 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 31-də 56 nəfər dünyasını dəyişib.

Bir gündə 272 min 196 test edilib. Gündəlik yoluxma sayı 14.336-dır.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 16.435-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 995 min 383-ə yüksəlib.