Beynəlxalq əhəmiyyətli tədbirlərə imza atılacaq - MİLLƏT VƏKİLİ DANIŞDI

31 Mart 2022 17:37 (UTC+04:00)

“Şuşamıza qayıdış, Şuşanın yenidən bərpa olunması, qurulması, Şuşanı Azərbaycanın mədəniyyət mərkəzinə çevirmək Şuşanın ən yüksək səviyyədə, inkişaf etmiş şəhərə çevirmək qarşıda duran məqsədlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, bunların hər biri Şuşa əhalisinin doğma yurd-yuvasına qayıtması deməkdir: “Şuşa ili”də hesab edirəm ki, bu məqsədlərə nail olunacaq. Eyni zamanda Şuşanın 270 illik yubileyi keçiriləcək. Bundan başqa həm respublika, həm də beynəlxalq əhəmiyyətli tədbirlərə imza atılacaq. Bütün bunlar böyük əhəmiyyət daşıyır. “Şuşa ili” ilə bağlı layihələrin keçirilməsi istiqamətində də işlər davam edir”.

Səbinə Hüseynli