30 milyon dollarlıq boyunbağı ilə geyimini tamamladı

31 Mart 2022 18:01 (UTC+04:00)

"Pop kraliçası" Beyons sərvət dəyərində zinət əşyaları ilə Oskar mərasiminə və əyləncə gecəsinə qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, mərasimə 9 milyon dollarlıq zinət əşyaları ilə gəlib.

Ziyafətdə Celia Kritharioti paltarını 30 milyon dollarlıq boyunbağı ilə tamamlayıb. Beyonce lüks zərgərlik markası "Tiffany & Co"-nun brend simasıdır.

Ayşən Vəli