Koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Bəs, bu nələrə səbəb olacaq? SİA məsələ ilə bağlı həkim deputat Müşfiq Məmmədlinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, yoluxma sayının azalması pandemiya üçün fəaliyyət göstərən xəstəxanalardakı xəstələrin sayına da öz təsirini göstərib: "Ümumiyyətlə, modul tipli xəstəxanaların əksəriyyətinin fəaliyyət göstərməsinə ehtiyac qalmayıb. Ona görə də bu qapanmalar təbiidir".
Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Bu xəstəxanalar digər sahələrdə də, həmçinin hansısa infeksion prosesdə istifadə etmək mümkündür. Modul tipli xəstəxanaların tibbin digər sahələrinə yönəldilə biləcəyini də qeyd etmək olar".
Ayşən Vəli