“Həkimlərimizi tanıyın!” rubrikamızda həkim Şəbnəm Əlirzayeva

31 Mart 2022 15:05 (UTC+04:00)

Dr. ŞƏBNƏM ALIYEVA 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2009-2010-cu illərdə Respublika Endokrinoloji Mərkəzində endokrinologiya ixtisası üzrə internatura, 2010-2012-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində FDM Endokrinoloji Elmi Mərkəzində ordinatura keçmişdir. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalnda həkim-endokrinoloq kimi çalışır.

Dr. Şəbnəm Alıyeva 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması”, "Kontrasepsiyanın endokrin aspektləri" kurslarında, 2012-ci ildə Ümumrusiya üzrə endokrinoloqların VI konqresində və 2013-cü ildə Ümumrusiya üzrə VI diabetoloji konqresində iştirak etmişdir.