Türkiyenin vitse-prezidenti Fuad Oqtay Rumıniya Baş nazirinin müavini vә nәqliyyat vә infrastruktur naziri Sorin-Mihai Qrindeanu ilә görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, tәrәflәr Türkiye-Rumıniya İqtisadi Komissiyasının 27-ci toplantısından әvvәl tәkbәtәk görüş keçirib.
Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib.