Mikolayev qubernatorluğu binasında balans getdikcə pisləşir

31 Mart 2022 12:48 (UTC+04:00)

Rusiyanın Ukraynaya hücumları davam edərkən, martın 29-da raketlə vurulan Mikolayev qubernatorluğu binasında balans getdikcə pisləşir. SİA xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altından 15 cansız cəsəd çıxarılıb, 1 yaralı isə xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, axtarış-xilasetmə işləri 47 zabit və 9 texniki vasitə ilə davam etdirilib. Mikolayev qubernatoru Vitali Kim dünən keçirdiyi mətbuat konfransında Rusiyanın hücumları nəticəsində 1200 ev daxil olmaqla cəmi 1622 mülki strukturun zərər gördüyünü ifadə edərək “Rus hücumlarının ilk günündən bu yana 6-sı uşaq olmaqla cəmi 134 mülki vətəndaş Mikolayev rayonunda həyatını itirib. Hücumlar nəticəsində 30-u uşaq olmaqla 415 nəfər yaralanıb” deyə bildirib.

Ləman Əlizadə