Media qadağası qoyuldu

31 Mart 2022 12:46 (UTC+04:00)

Rusiya mətbuatında rus oliqarx Roman Abramoviçlə bağlı xəbərlər qəfil dayanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müxalifətçi Kseniya Sobçak Abramoviçə media qadağası qoyulduğunu açıqlayıb.

Sobçak mövzu ilə bağlı açıqlamasında “Kremlyönlü mediaya iş adamı Roman Abramoviçin Rusiya və Ukrayna arasında danışıqlarda rolu barədə danışmaq qadağandır” deyib.

Çərşənbə axşamı İstanbulda keçirilən sülh danışıqlarına rusiyalı iş adamı Roman Abramoviç də qatılıb. Rusiya agentlikləri görüşdən əvvəl Abramoviçlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa söhbət etdiyini bildirib.

Mövzu ilə bağlı açıqlama verən Kremlin mətbuat katibi Peskov "Roman Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, lakin danışıqlarda iştirak edir" deyib.

Ləman Əlizadə