Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiya və Ukrayna tərəfləri bir-iki həftəyə daha yüksək səviyyəli görüş keçirə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu zəmanət məsələsinə də aydınlıq gətirib. O, “Zəmanət olduğu təqdirdə Türkiyə dərhal Ukraynada müharibəyə girəcək və ya Türkiyə oraya əsgər göndərəcək kimi şərhlər doğru deyil” deyə bildirib.
Ötən günlərdə Dolmabaxça Əmək Bürosu Prezidentliyində Rusiya-Ukrayna danışıqları baş tutub. Rusiya və Ukrayna tərəflərinin nümayəndə heyətləri arasında danışıqlardan sonra görüş başa çatıb.
Görüşdən sonra xarici işlər naziri Çavuşoğlu, "Bəzi məsələlərdə konsensus və ortaq anlaşma əldə olunub. Daha çətin məsələlərin daha yüksək səviyyələrdə həll ediləcəyini düşünürük. Bundan sonrakı prosesdə hər iki ölkənin xarici işlər nazirləri bir araya gəlib ortaq anlaşmanı yekunlaşdırmalıdır. Daha sonra isə hər iki ölkə prezidentlərinin görüşü gündəmə gəlir" deyib.
Ləman Əlizadə