Hambal olmaq üçün xarici dil bilmək vacibdirmi?

31 Mart 2022 12:37 (UTC+04:00)

Hərdən Türkiyə istehsalı olan tarixi teleserialları seyr edirəm. Ədalət naminə demək olar ki, əla filimlərdir, alqışlanmağa laiqdir. Amma məni filimlərdə insanların vaxtlarının əsas hissəsini çadırlarında keçirmələri çox təccübləndirir. Düşünürəm ki, görən o dövrün uşaqları, yeniyetmə və gəncləri cadırlarında saatlarla necə oturublar? Təbii ki, onlarda yaşıdları ilə çöldə-bayırda oynayıblar, bəzən qurşaq tutublar, at çapıb, qılınc yarışları keçiriblər. Lakin əsas vaxtlarını cansıxıcı görünən cadırlarında oturmaqla keçiriblər... Sözümün əmmaqulusu ondan ibarətdir ki, bu gün ki, müasir zehniyyət ö dövrün qaydalarına heç uyğunlaşa bilməzdi. Yəni indiki, uşaqları “Sehirli xalat” filmində olduğu kimi keçmişə aparıb, cadırlarda yaşamağa məcbur etsələr, tam qətiyyətlə demıək olar ki, həmin o uşaq və ya gənc üsyan edər, ayaqlarını bərk-bərk yerə döyüb, zarıltılı səslə “məni Facebbok-un, Whatcapp-ın, Twittere-in meydan suladığı dövrə qaytarın” deyərlər. Bu baxımdan cəmiyyətlərdə baş verən hadisələrə əsasən gəldiyim qənaət ondan ibarətdir ki, basdırılmış mina təsiri bağışlayan sosial şəbəkələr bir bəladır ki, keçib milyardlarla insanların boğazına.Nə qədər əcaib-qəraib, əlləm-qəlləm işlər və əməllər varsa hamısını sosial şəbəkələrdə görmək olar. Bir də görürsən, evində yemək bişirən qız tullana- tullana hərəkətlərini sosial şəbəkələrə yükləməklə, dostlarından like tələb edir. Restoranda, kafedə və ya küçədə səviyyəsizlik edib, min hoqqadan çıxanlar da utancverici əməllərini çəkib Facebbok-a, Whatcapp-a, Twittere yükləyib paylaşırlar. Sosial şəbəklər vasitəsi ilə texniki avadanlıqlarını, ev əşyalarını, hətta böyrəyini, ciyərini, eləcədə başqa-başqa şeylərini satışa çıxaranlarda olur. Olsun, özləri bilər. Məni narahat və təccübləndirən məslələrdən biri də, odur ki, sosial şəbəklərdə elə şəxslər olur ki, sadə, təmiz, vicdanlı insanların heysiyyatı ilə oynayırlar. Deyəki, sosial şəbəklər vasitəsi ilə elan verilir ki, filan idarə, müəssə, təşkilat, restoran, kafe, otel və digər yerlər işçi tələb edir. Yayılan elanda telefon nömrəsi və ünvan göstərlir. Olur ki, şirkət adı ilə çıxış edən “İşə düzəltmə” bürosunun rəhbəri iş axtarışı ilə onun qəbuluna gələndən ilk öncə 15-20 manat pul tələb edir. Biçarə iş axtaran bəlkədə, ailəsinin sonuncu maliyyə vəsaiti olan 15-20 AZN -i 550-600 AZN aylıq maaş ala biləcəyi iştəhasına görə, piyli məxluqa ödəyir. Bundan sonra işin düzəlməyəcəyi şübhəsizdir, ödədiyin pulu da geri almaq mümükünsüzdür. Bir neçə dəfə, “İşə düzəltmə” bürosuna ayaq döyəcəksən, hər dəfə də “bir qədərdə dözün, filan idarədə, müəssədə və ya kafedə iş yeri boşalır, sizi ora işə götürəcəklər” deyib, səni başlarından edəcəklər. Nəhayət get-gəldən yorulacaqsan “cəhənnəm olsunlar, o pulda haramları olsun” deyib, başqa iş yeri axtarmağa gedəcəksən.

Əndirabadi məqamlardan biridə odur ki, iş elanı verən kafe, restoran, idarə və müəssə rəhbərləri əsasən xanımlar arasında seçim apararkən, onların boyununa, buxununa, yaşınına, eləcədə xarici dil bilməsinə önəm verirlər. Xanımların yaşlarıda 30-u keçməməlidir. Dövlət vəzifələrinə təyinatda, beynəlxalq miqyaslı şirkətlərdə işə düzəlmək üçün ali təhsilli oğlan və qızların xarici dil bilməsi, eləcədə kompyuterdə iş bacarmalarına önəm verilməsi başa düşüləndi.Ancaq kafedə, restoranda qab yuyandan, təmizlik işləri aparandan, xarici şirkətlərin tikinti obyektlərində işləmək istəyən fəhlədən, fabrik və zavodlarda çalışmaq arzusunda olanlardan ən azı bir xarici dil bilməsi tələbinin qoyulması anlaşılan deyil. Ən azı ona görə ki, biz Azərbaycanda yaşayırıq və işçi ilə işə götürən arasında müqavilələr Azərbaycan qanunlarına və Azərbaycan dilində aparılmalıdr. Fəhlədən, qabyuyandan, təmizlik işi aparmaq istəyənlərdən xarici dil bilməsi tələbinin irəli sürülməsi kobud qanun pozuntusudur. Lakin görünən odur ki, bəzi vəzifə sahiblərinin və iş adamlarının öz qanunları və qaydaları var.

İdarə, müəssə, restoran, otel qapısı döyən, lakin xarici dil bilmədkləri üçün problemlərlə üzləşən insanlardan bəziləri ilə söhbətlərimiz zamanı deyirlər ki, biz vəzifə-filan istəmirik, istəyimiz hambalçılıqla evimizə bir parça çörək aparmaqdır, bunun üçün xarici dil bilmək tələbinin qoyulmasına nə ehtiyac var. Cəmilə Əzizova adlı hicablı xanım deyir ki. “Tarqovi” deyilən ərazidə bir neçə mağazanın önündə işçi tələb olunması barədə elanlara rast gəlib: “Səmimi şəkildə deyirəm 3 mağazada oldum, dedim ki, təmizləyici işləmək istəyirəm, müdiriyyət “neçə yaşın var” sualını edincə, “35” dedim, üzünü turşudub, “xarici dillərdən bilirsənmi” sualdolu nəzərlərlə üzümə baxdıqda, “xeyir” cavabını verdim. “Yox bizə xarici dil bilən işçilər lazımdır” deyərək, mənimlə söhbətlərini yekunlaşdırdılar. Mənzurə Xəlilova adlı xanım isə deyir ki, utancverici olsada işləmək və ailəsinə maddi yardım dəstəyi göstərmək istəyi ilə aylıq maaş qarşılığında otellərə gedib, qabyuyan və ya hamamları, tualetləri, otaqları təmizləmək işi axtardığını bildirib: “5 oteldə oldum, məni başdan ayağa qədər süzdülər. Boynumu- buxunumu nəzərdən keçirdilər, anladım ki, onların kriteriyalarına uyğun deyiləm. Başlarından etmək üçün ingilis, alman dilini bilib, bilmədiyimi soruşdular. “Yox” cavabını söyləyincə, “telefon nömrənizi katibəyə verin, lazım olsa, sizinlə əlaqə saxlanılacaq” deyərək, məni yola saldılar.

Mahir Abbasov və Cavid Qasımov adlı şəxslər isə deyirlər ki, tanınmış şirkətlərə gedib, fəhlə işləmək arzusunda olduqlarını bildiriblər. Lakin xarici dil bilmədikləri üçün onları işə götürməyiblər.

Bir sözlə, görünən ondan ibarətdir ki, qudurğan, harın iş adamları və vəzifə mənsubları özlərini hakimi mütləq olaraq aparırlar. Ancaq unudurlar ki, ən böyük hakim Allahdır. Etdiyiiz iyrənc əməllərə, törətdiyiniz bədxah işlərə görə, bu fani dünyada olmasada, haqq dünyasında cəzanızı alacaqsınız...

İ.ƏLİYEV