Özbəkistanın Səmərqənd şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları “Lasetti” markalı avtomobili yoxlayarkən xeyli qızıl külçə aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri rayon polis idarəsinin mətbuat xidməti yayıb.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin nümayəndələri ilə birgə Bulunqur rayonu ərazisində əməliyyat tədbiri keçiriblər. Əməliyyat nəticəsində ümumi çəkisi 525,9 qram olan 15 qızıl külçə aşkar edilib. Qeyd edim ki, külçələrin ümumi dəyəri
358,2 milyon sum müəyyən edilib.
Deyim ki, Özbəkistanın milli valyutası olan sum elə də dəyərli pul vahidi deyil. Onu da da deyim ki, 2019-cu ilin iyul ayından bəri ən yaxın rəqibi erməni dramıdır. Nə isə...
...Qızıl külçələrlə bağlı məlum olub ki, şübhəli şəxs Nəvai rayon sakinindən aldığı qızıl külçəni Daşkənd sakininə çatdırmalı imiş.
Faktla bağlı Özbəkistan Cinayət Məcəlləsinin 177-ci (valyuta sərvətlərini qanunsuz əldə etmə və ya satma) maddəsi ilə cinayət işi açılıb.
Əli Babayev