5 film təqdim edəcəyik -SƏFİR DANIŞDI

30 Mart 2022 20:45 (UTC+04:00)

“Biz səfirlik olaraq Azərbaycan cəmiyyətinə ilk dəfə Braziliya filmini gətirdiyimiz üçün şadıq”. Bu sözləri mediaya açıqlamasında Braziliya səfiri Manuel Monteneqro bildirib. Onun sözlərinə görə, biz yeni və müəyyən mükafatlara layiq görülmüş filmlər gətirmişik: “Bu bizim eyni zamanda Mədəniyyət Nazirliyi ilə yeni bir əməkdaşlığımızdır. Həmçinin bu tədbirin bu cür gözəl mərkəzdə keçirilməsi də olduqca xoşdur. Növbəti 3 gün ərzində 5 film təqdim edəcəyik.
Bu il həm də Braziliyanın müstəqilliyinin 200-cü və Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. Bu istiqamətlərdə də bir sıra işlər görüləcək”.

Səbinə Hüseynli