Kraliça Elizabetin ötən il vəfat edən 95 yaşlı həyat yoldaşı Şahzadə Filipin anım mərasimi keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 6 aydır Vindzor qalasından çölə çıxmayan Kraliça mərasimə oğlu Şahzadə Endryu ilə birlikdə qatılıb.
Bu, kraliçanın həbsxanada ölü tapılan pedofil və insan alverçisi Cefri Epşteynlə dostluğu, eləcə də zorlama ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan oğluna dəstəyi kimi şərh edilib. Yaşına görə əlil arabasına məhkum olduğu iddia edilən Kraliça mərasimə əsa dəstəyi ilə piyada qatılıb.
Digər tərəfdən, Kraliçanın sol gözündəki qan diqqətdən yayınmayıb. Bəzi yayım təşkilatları Kraliçanın sağlamlığına, bəziləri isə ərinə görə kədərləndiyinə diqqət çəkib.
Ləman Əlizadə