4000-dən çox insan təzminat üçün müraciət edib

30 Mart 2022 11:48 (UTC+04:00)

Koronavirusla mübarizəni davam etdirməklə bağlı Tayvandan diqqətəlayiq bir açıqlama gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvanın paytaxtı Taypeydə yaşayan 50 yaşlarında olan "Yu" soyadlı qadının koronavirusla əlaqəli səbəblərə görə beyin qanamasından öldüyü açıqlanıb.

Mütəxəssislərin həyatını itirən qadının ailəsinə Tayvan daxilində ən yüksək məbləğ olan 200 min dollar təzminat ödəniləcəyini bildirib.

Ekspertlər qeyd ediblər ki, Tayvanda 4000-dən çox insan təzminat üçün müraciət edib və fevral ayına olan məlumata görə, bu iddialardan yalnız 300-nə baxılıb.

Tayvan Xəstəliklərə Nəzarət Mərkəzinin baş direktoru Çuangq Jen Hsianq, bu qərarın Tayvanda 1988-ci ildən bəri ilk dəfə ən yüksək rəqəm üzərində hesablandığını bildirib. Çuanq, həyatını itirən qadının məlum xroniki xəstəliyinin olmadığını və vəziyyətin qan laxtalanması olaraq bilinən "trombositopeniya sindromu trombozu" olaraq bilinən AstraZeneca Covid-19 peyvəndinin çox nadir yan təsiri ilə əlaqələndirilə bilməyəcəyini söyləyib.

Ləman Əlizadə