Vicdanlı satıcı axtarılır...

30 Mart 2022 01:28 (UTC+04:00)

...Maraqlısı bilirsiniz nədir?

Deməli, İnquşetiyada, paytaxt Maras şəhərində də yox, cəmi 120 min əhalisi olan əyalət şəhəri Nazranda yerləşən ən böyük bazarda vicdanlı satıcılara 300 pulsuz yer veriləcək. Təbii ki, başa düşürəm, bu şəhərin müalicəvi suyuna görə gəlib-gedəni çox olur. Buna da iradımız yox. Amma...

Yenə də deməli, o da vurğulanır ki, yalnız minimal marja ilə ticarətə hazır olan satıcılar saytları alacaq və müraciət etdikdən sonra elə ertəsi gün ticarətə başlaya biləcəklər. (...özü də Rusiyaya tətbiq edilən sanksiyaların bu vaxtında)

Bundan əlavə, “İnquş OFAS”, öz növbəsində, bazar administrasiyasına sosial əhəmiyyətli məhsulların orta regional qiymətləri haqqında məlumat da verəcək.

Bəli, burada 300 pulsuz yer alan satıcının nə satacağı mənim üçün elə bir önəm kəsb etmir deyə, maraqlı da deyil. Maraqlısı bilirsiniz nədir? Görən onların vicdanlı və ya vicdansız olmaları hansı koteqiriyalarla, necə və ya nə cür müəyyənləşdiriləcək?

Əli Babayev