Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 28-də 63 nəfər dünyasını dəyişib.
Bir gündə 288 min 968 test edilib. Gündəlik yoluxma sayı 16.190-dır.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 21.256-dır.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 881 min 913-ə yüksəlib.