Multikulturalizm adından da görünür ki, bir çox mədəniyyətin birlikdə, qaşılıqlı əlaqədə olmasıdır. Hazırda bu ifadəyə bir çox izahlar verilib”. Bu sözləri SİA-ya sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, multikulturalizm sözü Azərbaycanda formalaşdığı dövrdən bəri bu işin içində olub: “Tarixə baxdıqda, xüsusilə də son 40 ilə nəzər salsaq bütün dünyada qarşıdurma yaratmaq istəyən qüvvələr əsasən iki istiqamətdə bunu həyata keçirirlər. Azərbaycanda elə bir dini sistem yaradılıb ki, yəhudi, xristian, müsəlman hər biri birgə fəaliyyət göstərə bilirlər. Bu Azərbaycançılıq ideologiyasından irəli gəlir. Buradan da multikulturalizm doğur. Azərbaycançılıq odur ki, Azərbaycanda yaşayan bütün xalqlar rahat yaşaya bilirlər. Azərbaycan dövlətinin tərəqqəsi uğrunda fəaliyyət göstərirlər. Ümumi məqsədimiz Azərbaycan dövlətinin möhkəmlənməsidir. Ulu Öndər Heydər Əliyevin başlatdığı kursu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident bir çox çağırışlar edir. Lakin məmurlar bunu bəzən aydın dərk edib, həyata keçirə bilmir.
Multikulturalizmi hərə bir cür başa düşür. Avropa ölkələrində bəziləri ümumiyyətlə multikulturalizmi heç yaxına buraxmırlar. Azərbaycanda müxtəlif mədəniyyətlər, etnik tərkiblər var. Bu xalqlar çox yaxşı, mehriban şəraitdə, ahəng yaradaraq yaşayırlar. Multikultural mühitin yaradılması çox yaxşı bir şeydir. Ölkəmizdə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi var. Eyni zamanda müxtəlif kitablar da dərc olunub”.
Səbinə Hüseynli