Rusiya-Ukrayna savaşında dünyanın ümidi Türkiyədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbulda müharibə tərəflərinin üzbəüz görüşləri başlayıb. Türkiyə dünya sülhü üçün yenidən ön sıralardadır. İstanbuldakı danışıqlardan atəşkəs gözlənilir.
Türkiyənin cəhdləri ilə Rusiyanın Ukraynaya hücumlarında yenidən atəşkəs ümidi yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən axşam Rusiya prezidenti Vladimir Putinlə danışıb. Bu kritik görüşdən sonra Moskva administrasiyası Kiyevlə yenidən oturmağa hazır olduqlarını açıqlayıb. Tərəflər üzbəüz danışıqları bərpa etmək qərarını açıqlayıblar.
Görüş ünvanı kimi İstanbul seçilib. İki gün davam edəcək danışıqların bu gün Prezident Dolmabahçe Əmək Bürosunda ilk raundu baş tutub. İstanbul danışıqlarından əvvəl Ukrayna və Rusiya tərəfindən qarşılıqlı müsbət bəyanatlar verilirdi. Ukrayna Türkiyənin Rusiyanın işğalına son qoyacaq mümkün razılaşmada təhlükəsizlik zəmanəti verə biləcək ölkələr arasında olduğunu açıqlayıb.
Leyla Həsənəliyeva