Şəhərimizi cəsarətlə müdafiə edəcəyik

29 Mart 2022 10:57 (UTC+04:00)

Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlər davam edərkən, Ukrayna ordusu Rusiya qüvvələrinin nəzarəti altına aldığı əraziləri geri almağa çalışır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu kontekstdə Ukrayna qüvvələrinin Kiyev yaxınlığındakı mühüm şəhər olan İrpin geri alınıb.

Bələdiyyə sədri Markuşin "Teleqram"dakı mesajında ​​"Bu gün yaxşı xəbərimiz var: İrpin azad edildi. Bilirik ki, şəhərimizə daha çox hücumlar olacaq, lakin onu cəsarətlə müdafiə edəcəyik" deyə bildirib.

Digər tərəfdən, paytaxt Kiyev yaxınlığındakı İrpində mülki şəxslərin təxliyyəsi davam edir. İrpin şəhərində şiddətli toqquşmalar zamanı təxliyə edilənlər Kiyevin müxtəlif bölgələrində hazırlanmış xüsusi mərkəzlərə gətirilir.

Ləman Əlizadə