“Klondike” filmi İsveçrədə 3 mükafat qazandı

29 Mart 2022 00:07 (UTC+04:00)

İsveçrədə keçirilən 36-cı Beynəlxalq Fribourq Film Festivalında rejissor Maryna Er Qorbaxın TRT-nin ortaq istehsalı olan “Klondike” filmi 3 mükafat qazandı.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna-Türkiyə birgə istehsalı olan film “Beynəlxalq Müsabiqənin Ən Yaxşı Filmi”, “Gənclər Münsiflər heyətinin fəxri adı” və “Kino Tənqidçilərinin Ən Yaxşı Filmi” mükafatlarına layiq görülüb.

Mükafat mərasimində rejissor Maryna Er Qorbaçla yanaşı, filmin ortaq prodüseri olan Mehmet Bahadır Er də iştirak edib. Mərasimdəki çıxışında Qorbaç müharibə şəraitində ölkəsini müdafiə edən ukraynalı sənətçilərə diqqət çəkib.

8-19 aprel tarixlərində 41-ci İstanbul Film Festivalının “Milli Yarışma” bölməsində “Klondayk” filminin Türkiyə premyerası baş tutacaq. Filmin çəkiliş qrupunun iştirakı ilə aprelin 14-də nümayiş olunacaq.

Film Ukrayna-Rusiya sərhəddində yaşayan və kəndinin separatçı qruplar tərəfindən mühasirəyə alınmasına baxmayaraq, evini tərk etmək istəməyən hamilə qadının hekayəsindən bəhs edir. Film həmçinin 17 iyul 2014-cü ildə Ukraynada mülki sərnişin təyyarəsinin vurulmasını da nümayiş etdirir.