ABŞ aktyoru Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib.
Qeyd edilir ki, Vill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib bə Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".
Bundan sonra mərasim həmişəki kimi davam edib.
Qeyd edək ki, Uil Smitin həyat yoldaşı Ceyd Pinketin saçları bir müddətdir ki, xəstəliyindən dolayı tökülür.
Bu arada, ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.
Cessika Çesteyn isə “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatının sahibi olub.
Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” ("Dyuna"), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.
23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunub. Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”.
Kennet Bran, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparıblar.
“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparıblar.
Mükafatlandırma mərasimində ümumilikdə 23 nominasiya üzrə qaliblər müəyyənləşib. Həmin qalib nominasiyalar aşağıdakılardır:
Ən yaxşı köməkçi aktyor
Troy Cotsur - "CODA"
Ən yaxşı köməkçi aktrisa
Ariana Debose - "West side story"
Ən yaxşı xarici dildə film
"Drive my car" - Yaponiya istehsalı
Ən yaxşı orijinal ssenari
"Belfast" - Kenneth Branagh
Ən yaxşı uyğunlaşdırılmış ssenari
"CODA" - Sian Heder
Ən yaxşı orijinal musiqi
Hans Zimmer - "Dune"
Ən yaxşı səs effekti
"Dune"
Ən yaxşı montaj
"Dune"
Ən yaxşı vizual effekt
"Dune"
Ən yaxşı operator işi
Greig Fraiser - "Dune"
Ən yaxşı istehsal dizaynı
"Dune"
Ən yaxşı sənədli film
"Summer of soul" (When the revolution could not be televised)
Ən yaxşı qısametrajlı sənədli film
"The queen of basketball"
Ən yaxşı cizgi filmi
"Encanto"
Ən yaxşı qısametrajlı cizgi filmi
"The windshield wiper"
Ən yaxşı qısametrajlı film
"The long goodbye"
Ən yaxşı makiyaj və saç düzümü
"The eyes of Tammy Faye"
Ən yaxşı kostyum dizaynı
Jenny Beavan - "Cruella"
Xatırladaq ki, təşkilatçılar keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.
“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.