Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna böhranını dayandırmaq üçün diplomatik təmasları kitabçaya çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki,"Türkiyənin sabitliyə töhfəsi: Sülh üçün çoxölçülü diplomatiya" adlı kitabçanın ön sözündə Ərdoğan "Bu prosesdə göz ardı edilən ən kiçik problemin belə hansı fəlakətlərə səbəb ola biləcəyi bir daha ortaya çıxıb. Bu müharibə həm də təhlükəsizliyin və sabitliyin qorunması üçün yaradılmışdır. Beynəlxalq strukturların daha təsirli olması və qətiyyətli addımlar atmasına ehtiyac olduğunu bir daha ortaya qoyub. Sülh və sabitliyə xidmət edən yanaşması ilə fəal rol oynayan Türkiyə Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün diplomatiya sahəsində də sıx səy göstərir. Yeni humanitar faciələrin, xüsusilə də insan tələfatının və məcburi köçün qarşısının alınması üçün hər kəs eyni məsuliyyət hissi ilə hərəkət etməlidir” ifadələrini işlədib.
“Humanitar və sahibkarlıq diplomatiyası” başlıqları altında Ərdoğanın diplomatik gedişatı və Ukrayna ilə Rusiya arasında sülhün təmin edilməsi istiqamətində atılan addımlar qeyd edilib.
Ləman Əlizadə