Hücum imkanlarını inkişaf etdirməyə davam edəcəyik - Şimali Koreya lideri

28 Mart 2022 11:02 (UTC+04:00)

Keçən həftə yeni "Hvasonq-17" tipli qitələrarası ballistik raketi sınaqdan keçirən Şimali Koreya lideri Kim Çen İn bölgədə təhlükəsizlik narahatlığını artıraraq, gərginliyə səbəb olacaq yeni açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən cümə axşamı atılan raketin hazırlanmasında əməyi olan rəsmilər, elm adamları, texniki işçilər və işçilərlə görüşən Kim, "Hücum imkanlarını inkişaf etdirməyə davam edəcəyik" deyib.

Kim verdiyi açıqlamada, "Siz bu zərbə imkanlarını, heç kim tərəfindən dayandırıla bilməyən böyük bir hərbi qüvvə ilə təchiz olunduğunuzda, müharibənin qarşısını ala, ölkənin təhlükəsizliyini təmin edə, imperialistlərin bütün təhdid və şantajlarını aradan qaldıra bilərsiniz" bildirib. Ölkənin raket proqramına toxunan Kim, bütün çətinliklərə baxmayaraq, müdafiə fəaliyyətlərimizə ciddi şəkildə riayət edəcəklərini vurğulayıb.

Şimali Koreya, keçən cümə axşamı bu ilin 11-ci silah sınağı olaraq qeyd edilən son raket sınağında yeni Hvasong-17 tipli qitələrarası ballistik raketin uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Ləman Əlizadə