Çin bələdiyyəsi, Covid-19 ilə mübarizə tədbirləri çərçivəsində Pudonq şəhərini aprelin 1-nə qədər bağlamaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şanxay bələdiyyəsi şəhərin maliyyə mərkəzi olan Pudonq rayonu aprelin 1-dək bağlandıqdan sonra aprelin 6-na kimi növbə şəhərin qərb hissəsindəki Puxiyə gələcəyini açıqlayıb.
Bundan əlavə, bağlanma zamanı bütün vətəndaşlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edən bələdiyyə, xidmət sektoru xaricində fəaliyyət göstərən müəssisələrin də bağlı qalacağını bildirib. Bələdiyyənin bağlanma qərarından sonra Şanxayda yaşayan tayvanlıların verdiyi açıqlamalarda son vaxtlar şəhərdə Covid-19 hadisələrinin qəfil artdığı və Çinin sərt tədbirlər görərək vəziyyəti nəzarətdə saxlamağa çalışdığı bildirilib. Tayvan vətəndaşları da qida ehtiyaclarını evlərinə sifariş verərək, səhiyyə, qaz, nəqliyyat və elektrik təmin edən digər müəssisələrin də şəhərdə öz vəzifələrini davam etdirdiklərini qeyd ediblər.
Koronavirus epidemiyası ilə mübarizə çərçivəsində dünyanın bir çox ölkəsi peyvəndlərin artması səbəbindən Covid-19 məhdudiyyətlərini aradan qaldırıb. Bir çox ölkədən fərqli olaraq Çinin ən böyük şəhəri Şanxayda yoluxma sayının artması səlahiyyətliləri sövq edib. Şanxayda son 24 saatda 4500 Covid-19 hadisəsinin aşkarlanmasından sonra Şanxay bələdiyyəsi 25 milyon insanın yaşadığı şəhərin maliyyə və iqtisadi mərkəzi olan Pudonqun bağlanması üçün həll yolu tapıb.
Ləman Əlizadə