Yeni saçları ilə ilk dəfə səhnəyə çıxdı

28 Mart 2022 10:53 (UTC+04:00)

Məşhur türk müğənni Hande Yener ötən axşam Kiprdə “Viva Casino” adlı məkanda olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, dünyaca məşhur "Dodo Bar Or" brendinə məxsus olan xüsusi dizaynlı kostyum geyinib.

Qeyd edək ki, kostyumun qiyməti 20 min TL idi. Müğənni sarıya boyadığı və arasına çəhrayı rənglər qatdığı saçları ilə ilk dəfə tamaşaçıların qarşısına çıxıb.

Ayşən Vəli