Türkiyədə daha 64 koronavirus xəstəsi vəfat edib

28 Mart 2022 03:36 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 64 nəfər ölüb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 251 min 242 nəfərin test edildiyi, 11 min 194 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 15 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.