Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

26 Mart 2022 22:38 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 26-da 70 nəfər dünyasını dəyişib.

Bir gündə 267 min 848 test edilib. Gündəlik yoluxma sayı 13.849-dur.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 17.673-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 751 min 309-a yüksəlib.