Azərbaycanla Hindistan mədəniyyəti vəhdət təşkil edir - MƏŞHUR RƏQQASƏ AÇIQLADI

26 Mart 2022 18:49 (UTC+04:00)

"Azərbaycanda bu cür yarmarkaların keçirilməsi çox yaxşıdır". Bu sözləri Bakı İdman Sarayının inzibati binasında təşkil olunmuş "Eksklüziv böyük ticarət sərgisi"ndə SİA-ya rəqqasə Oksana Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Hindistan mədəniyyətinin təbliğ edilməsi sevindirici bir haldır: "Çünki Azərbaycanla Hindistan mədəniyyəti oxşardır. Demək olar ki, bir çox tədbirlərimizdə hind ab-havası hiss olunur. Azərbaycanda hind geyimlərinə, bəzək əşyalarına, musiqilərinə, xüsusilə də, filmlərinə maraq olduqca yüksəkdir. Fikrimcə bu kimi tədbirlərin sayı artmalıdır".