Türkiyədə yeni növ koronavirusdan (Covid-19) martın 24-də 68 nəfər dünyasını dəyişib.
Bir gündə 288 min 140 test edilib. Gündəlik yoluxma sayı 15.303-dür.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 18.965-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 733 min 931-ə yüksəlib