Bu il 5 STEAM mərkəzi yaradılacaq

25 Mart 2022 15:53 (UTC+04:00)

Cari ildə daha 5 STEAM Mərkəzinin yaradılması nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, 2022-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 15 STEAM Mərkəzini əhatə edir.

Ümumilikdə 120 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı, Bərdə, Lənkəran, Sabirabad və Ağdaşda STEAM Mərkəzləri fəaliyyət göstərir.