İdmançılarımız Slovakiyaya yollanıb

25 Mart 2022 12:48 (UTC+04:00)

Yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandanın bir neçə üzvü 26-27 Mart tarixlərində Slovakiyada 42-ci Qran Pri turininə yollanıb. SİA xəbər verir ki, qadınların baş məşqçisi Denis Morozov və yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 11 idmançı var. 14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (-47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (-53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (-61 kq) mübarizə aparacaq. Fidan Teymurova və İnci Əzizova (-50 kq), İlahə Qasımova və Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə və Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınların çıxışlarına qatılacaq.

Beynəlxalq Hakim Cahangir Babayev yarışları idarə edən referilər arasındadır. Mötəbər yarışda 30 ölkədən 1975 karateçi iştirak edəcək.