Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

25 Mart 2022 01:12 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 24-də 77 nəfər dünyasını dəyişib.

Bir gündə 298 min 461 test edilib. Gündəlik yoluxma sayı 16.894-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 19.553-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 675 min 886-ya yüksəlib.