"Oscar" mükafatlandırma mərasimi TRT 2-dən canlı yayımlanacaq

24 Mart 2022 22:18 (UTC+04:00)

94-cü "Oscar" mükafatlandırma mərasimi TRT 2-dən canlı yayımlanacaq.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən “Oscar” mükafatları bu il 94-cü dəfə öz sahiblərinə veriləcək.

Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los Anceles şəhərindəki Dolbi (Dolby) Teatrında keçiriləcək mükafatlandırma mərasimi TRT 2 ekranlarından canlı olaraq kinosevərlərlə təqdim ediləcək.

Kino dünyasının nüfuzlu “Oscar” mükafatları 23 kateqoriya üzrə veriləcək.

"Dune" filmi 10, "Belfast" və "West Side Story" filmləri 7 nominasiya qazanıb.

Martın 27-də “Oskara doğru” xüsusi buraxılışı ilə başlayacaq yayım mükafatlandırma mərasimi ilə davam edəcək.

Proqram Türkiyə vaxtı ilə saat 03:00-da canlı yayımlanacaq.