Təbriz sənətkarlarının Ərzurum sərgisi

24 Mart 2022 02:33 (UTC+04:00)

İranın Türkiyədəki Ərzurum Baş Konsulluğu tərəfindən şəhərdə İran İncəsənət Sərgisi açılıb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ilk və yeganə buz muzeyi olan Atatürk Universiteti şəhərciyində yerləşən Ata Buz Muzeyində açılan sərgidə İranın rəssam və heykəltəraşları öz ölkələrində hazırladıqları əsərləri nümayiş etdirirlər.

İranın Ərzurumdakı baş konsulu Səcad Soltanzadə jurnalistlərə şərhində iki ölkənin ortaq dəyərlərini əks etdirən sərgi açdıqlarını söyləyib.

Atatürk Universiteti Gözəl Sənətlər bölümü Heykəltəraşlıq şöbəsinin müdiri, Ata Buz Əsərləri Muzeyinin koordinatoru, professor Mustafa Bulat sözügedən mövzu ilə bağlı deyib: "2018-ci ildə Türkiyənin Atatürk Universiteti ilə İranın Təbriz İslam İncəsənət Universiteti arasında müqavilə bağlandı. Bu razılaşma çərçivəsində biz iki ölkənin mədəniyyətlərini - İran incəsənəti ilə Türkiyənin incəsənətini bu sərgidə bir araya gətirdik”.