Britaniya Universitetinin Labforo tədqiqatçıları obez insanların beyin həcminin azaldığını müəyyən ediblər. (Qeyd edim ki, obez insanlar şişman, gonbul insanlara deyilir)
SİA xəbər verir ki, alimlərin tapıntıları “Neurology” jurnalında dərc olunub.
Məlumata görə, yazıda artıq çəki kaudat nüvə, putamen, globus pallidus və nüvə accumbens kimi şöbələrdə boz maddənin azalması ilə əlaqələndirilir.
Neyronların və glial hüceyrələrin sayının azalması yaddaşa təsir edir və demensiyaya səbəb ola bilər. Alimlərin fikrincə, beyin və piylənmə arasında əlaqəni qan dövranı sistemi vasitəsilə qurmaq olar, lakin bununla bağlı dəqiq əlaqə hələ müəyyən edilməyib.
Nazlı Babayeva