Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

23 Mart 2022 01:49 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 22-də 90 nəfər dünyasını dəyişib.

Bir gündə 296 min 866 test edilib. Gündəlik yoluxma sayı 17.426-dır.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 22.184-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 561 min 848-ə yüksəlib.