...Azərbaycan 1, Türkiyə 2, Özbəkistan 3-cü oldu

23 Mart 2022 00:52 (UTC+04:00)

Türkiyəli aşpazlar və şirniyyatçılar Livandan mükafatla qayıdıblar.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Bütün Aşpazlar və Şirniyyatçılar Konfederasiyasından (Tüm Aşçılar ve Pastacılar Konfederasyonu) 10 nəfərlik komanda Livan Turizm və Tolerantlıq Festivalında ikinci olub.

Martın 16-20 tarixlərində Livanın paytaxtı Beyrutda keçirilən festivala 19 ölkədən 140 iştirakçı qatılıb.

Türkiyə Bütün Aşpazlar və Şirniyyatçılar Konfederasiyasının prezidenti Öner Çulfaz festivalda Azərbaycanın birinci, Türkiyənin ikinci, Özbəkistanın üçüncü olduğunu bildirərək deyib: “Heç bir dövlət dəstəyi olmadan öz imkanları ilə beynəlxalq tədbirə qatılaraq Türkiyəyə belə bir müvəffəqiyyətlə qayıdan komanda bizi qürurlandırır. Bizə bu fərəhi yaşatdıqları üçün Xudaverdi Akgün, Dərviş Göçmen, Sayit Öndər, Eyüp Polat, Ali Gökçen, Fırat Canikli, Səadət Güngör, Metin Dinçer və Özge Kayaya təşəkkür edirik”.