Boks üzrə Azərbaycan yığması "Top-5"də

22 Mart 2022 13:17 (UTC+04:00)

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb. SİA xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yarışda 13 çəkidən 7-də mübarizə aparan Azərbaycan milli komandasının 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığma bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.

Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.

Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları bu günə olacaq. Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.

Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı

1. Ukrayna – 4 boksçu
2. İtaliya – 3
3-8. Azərbaycan – 2
Gürcüstan – 2
Türkiyə – 2
Bolqarıstan – 2
Uels – 2
Ermənistan – 2
9-15. Danimarka – 1
Xorvatiya – 1
İsrail – 1
Almaniya – 1
Avstriya – 1
Niderland – 1
İrlandiya – 1