Dünyanın ən uzun avtomobili - FOTOLAR

21 Mart 2022 19:27 (UTC+04:00)

Dünyanın ən uzun avtomobili daha da uzun hazırlanıb. SİA-nın verdiyi məlumata görə, 1986-cı ildə 18,28 metr ölçüsü ilə dünyanın ən uzun avtomobili olaraq Ginnesin Rekordlar Kitabına düşən “Amerika Yuxusu” adlı avtomobil daha da uzadılıb. 30,54 metrlik yeni ölçüsü ilə yenidən Ginnesin Rekordlar Kitabına düşən vasitənin xüsusiyyətləri diqqət çəkib.

75 nəfərin eyni anda minə biləcəyi nəqliyyat vasitəsi 26 təkərli olduğu halda, cakuzi, helikopter meydançası, mini qolf meydançası, hovuz kimi lüks xüsusiyyətləri olan avtomobili hər iki tərəfdən idarə etmək mümkündür.