Rusiyanın Ukraynanı işğalından sonra dünyada makaron qiymətlərinin 6 dəfə artdığı üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, bəzi brendlər öz məhsullarını keçən illə müqayisədə 70 faiz çox satırlar. Rusiya və Ukrayna arasındakı münaqişənin məhsul ixracına təsir edəcəyi qorxusu fonunda buğdanın qiyməti son bir neçə həftə ərzində rekord həddə çatıb. Halbuki, münaqişədən əvvəl hasilatın azalması səbəbindən ölkələrdə buğda qıtlığı yaranmışdı. Trolley.co.uk məlumat saytının məlumatına görə, makaron məhsullarının orta qiymətləri keçən illə müqayisədə 13,6% artıb. Bəzi makaron məhsullarının qiymətlərinin daha da artdığı bildirilir.